“İnter”in baş məşqçisi Antonio Konte PSJ-nin hücumçusu Edinson Kavaninin xidmətində maraqlıdır.
İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşri yazır ki, yayda Paris klubu ilə müqavilə müddəti başa çatan oyunçu milanlılarla danışıqlara başlaya bilər. Amma bu məsələ ilə bağlı “İnter”in işi heş də asan olmayacaq. Çünki “Atletiko” klubu da artıq nə vaxtdır ki, uruqvaylı futbolçunu transfer etmək istəyir. Hətta madridlilər Kavaniyə 3 illik konkret müqavilə də təklif edib. “İnter” isə “Barselona”ya getmək istəyən Lautaro Martinesə layiqli əvəzedici tapmaq istəyir.